Tuesday, September 1, 2020

Vaqif Mustafazadə – Düşüncə

 Vaqif Əziz oğlu Mustafazadə (16 mart 1940, Bakı – 16 dekabr 1979, Daşkənd) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1979).

YouTube Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin:
Yandex – http://bit.ly/2GySo1H və ya Qiwi – http://bit.ly/2JJ81cW

Facebookda bizi izləmək üçün bu linkə keçin: http://bit.ly/2YtG7oD

Friday, December 27, 2019

❄ Elnarə Xəlilova – Yeni il gəldi (sözləri \ lyrics) 🎅🏼🎄

Elnarə Xəlilova – Yeni il gəldi (sözləri \ lyrics) 🎅🏼🎄
Sözləri: Hikmət Ziya
Musiqis: Musa Mirzəyev 
Yeni il gəldi
Süd kimi ağ qar ilə,
Çoxlu çoxlu bar ilə,
Qış ilə, bahar ilə,
Yeni il gəldi, yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.
Dekabrın son günü,
Bizə tutub üzünü,
Dedi ürək sözünü.
Yeni il gəldi, yeni il gəldi
Görürmü özünü yeni il gəldi.
Bəzənmişdir yolkalar,
Oların da sözü var.
Bilsin ellər, obalar.
Yeni il gəldi, yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.
Sevinclə gülə-gülə,
Aydın səhərlər ilə,
Yeni zəfərlər ilə
Yeni il gəldi, yeni il gəldi
Hər obaya-elə yeni il gəldi.
YouTube Kanala dəstək olmaq üçün: Yandex – http://bit.ly/2GySo1H və ya Qiwi – http://bit.ly/2JJ81cW
Facebookda izləmək üçün: http://bit.ly/2YtG7oD

Friday, December 13, 2019

❄ Xatirə İslam – Yeni il (sözləri \ lyrics) 🎄🎅🏼


❄ Xatirə İslam – Yeni il (sözləri \ lyrics) 🎄🎅🏼
Xatirə İslam – Yeni il (sözləri \ lyrics)

Musiqi və sözləri: Qüdrət Əsəd Aranjman: Rabil Səfərli
Bax nə gözəl, bax nə gözəl qar yağır,
Yeni ili sevgiylə qarşılayır,
Qoy yeni il
Nağılları gətirsin,
Qoy nağıllar
Arzuları çin etsin.
Qoy yeni il
Nağılları gətirsin,
Qoy nağıllar
Arzuları çin etsin.
Qoy nağılları çin etsin.
Yeni iliniz mübarək olsun,
Yeni iliniz sevgiylə dolsun.
Yeni ilimiz mübarək olsun,
Yeni ilimiz sevgiylə dolsun.
Hər qapıda yeni il qonaq olur,
Qar nəğməsin bizlərlə bir oxuyur,
Gəl, sevgilim, əl-ələ tutaq bu gün,
Bir oxuyaq yeni il nəğməsini
Gəl, sevgilim, əl-ələ tutaq bu gün.
Bir oxuyaq yeni il nəğməsini
Gəl oxuyaq yeni il nəğməsini
Yeni iliniz mübarək olsun,
Yeni iliniz sevgiylə dolsun.
Yeni ilimiz mübarək olsun,
Yeni ilimiz sevgiylə dolsun.
Gəl, sevgilim, əl-ələ tutaq bu gün.
Bir oxuyaq yeni il nəğməsini
Gəl, sevgilim, əl-ələ tutaq bu gün.
Bir oxuyaq yeni il nəğməsini
Bir oxuyaq yeni il nəğməsini
Yeni iliniz mübarək olsun,
Yeni iliniz sevgiylə dolsun.
Yeni iliniz mübarək olsun,
Yeni iliniz sevgiylə dolsun.
Yeni iliniz sevgiylə dolsun.
YouTube Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin:
Yandex – http://bit.ly/2GySo1H və ya Qiwi – http://bit.ly/2JJ81cW
Facebookda bizi izləmək üçün bu linkə keçin: http://bit.ly/2YtG7oD

Friday, December 6, 2019

Xan Şuşinski – İrəvanda xal qalmadı (Sözləri \ lyrics)

Xan Şuşinski – İrəvanda xal qalmadı (Sözləri \ lyrics)
Xan Şuşinski – İrəvanda xal qalmadı (Sözləri \ lyrics)
Sözləri və musiqisi: Cabbar Qaryağdıoğlu
İfa edir: Xan Şuşinski
İrəvanda xal qalmadı,
O xal nə xaldır ora düzdürmüsən,
De görüm, nə xaldı qoşa düzdürmüsən?
Daha məndə can qalmadı,
O xal nə xaldır ora düzdürmüsən,
De görüm, nə xaldı qoşa düzdürmüsən?
Xal mənim, yar mənim, ixtiyar mənim,
Xalxa nə borcdu belə düzdürmüşəm
Yarım deyibdi, qoşa düzdürmüşəm.
İrəvanda mən işlərəm,
O xal nə xaldır ora düzdürmüsən,
De görüm, nə xaldı qoşa düzdürmüsən?
Xəncərimi gümüşlərəm,
O xal nə xaldır ora düzdürmüsən,
De görüm, nə xaldı qoşa düzdürmüsən?
Xal mənim, yar mənim, ixtiyar mənim,
Xalxa nə borcdu belə düzdürmüşəm
Yarım deyibdi, qoşa düzdürmüşəm.
İrəvandan gəlir qutu,
O xal nə xaldır ora düzdürmüsən,
De görüm, nə xaldı qoşa düzdürmüsən?
İçi dolu kəklikotu,
O xal nə xaldır ora düzdürmüsən,
De görüm, nə xaldı qoşa düzdürmüsən?
Xal mənim, ixtiyar mənim, yar mənim,
Xalxa nə borcdu belə düzdürmüşəm
Yarım deyibdi, qoşa düzdürmüşəm.
İrəvanda nə qalmadı?
Müxtəlif iddialar var. “İrəvanda xalq qalmadı”, “İrəvanda xal qalmadı” və ya bizim də üzərində dayanacağımız “İrəvanda xan qalmadı”.
Müxtəlif rəvayətlər var, onlardan birində deyilir ki, İrəvanda bir mülkədar ailəsində toy məclisi aparan Cabbar Qaryağdıoğlu (həmin toyda Qurban Pirimov və Məşədi Qulu da olub) toyun sonunda bədahətən bir qıza mahnı qoşur və bu mahnı el içində sevilərək yayılır. Həmin toyda üzündə xal olan qıza ithaf olunan mahnı da buna görə “İrəvanda xal qalmadı” kimi yayılır.
Firudin Şuşinski bu barədə yazıb:
“Cabbar əmi 500-ə qədər xalq mahnısını yaddaşında saxlamışdı. O, bir dəfə İrəvanda bir toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında toy sahibi, daha doğrusu, qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca “İrəvanda xal qalmadı” adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır…”.
Digər bir el rəvayətinə görə, İrəvan mahalında üzündə qoşa xal olan gözəl bir qız varmış. Sədası mahalın hər bir tərəfinə yayılan bu gözəlin üstündə İrəvan xanları bir-biri ilə rəqabət aparır, onun vüsalına yetmək üçün çarpışırmışlar. Bunun şahidi olan bir sənətkar “Ay elimin gözəli, sənin bu xallarının şöhrətindən “İrəvanda xan qalmadı”, onlar bir-birini qırıb çatdılar” – deyə onun gözəlliyini vəsf edib.
YouTube Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin:
Yandex – http://bit.ly/2GySo1H və ya Qiwi – http://bit.ly/2JJ81cW
Facebookda bizi izləmək üçün bu linkə keçin: http://bit.ly/2YtG7oD

Thursday, November 28, 2019

Oqtay Ağayev – Sən, ey uşaqliq (Sözləri/Lyrics)

Oqtay Ağayev – Sən, ey uşaqliq (Sözləri/Lyrics)
Oqtay Ağayev – Sən, ey uşaqliq (Sözləri/Lyrics)
Şərikli Çörək filmindən
YouTube Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin:
Yandex – http://bit.ly/2GySo1H və ya Qiwi – http://bit.ly/2JJ81cW
Facebookda bizi izləmək üçün bu linkə keçin: http://bit.ly/2YtG7oD
Bəstəkar: Vasif Adıgözəlov
Nəğmə susdu dodağlarda
Dilə gəldi tüfənglər
Mənim atam uzaqlarda
Cəbhələrdə bir əsgər
Cəbhələrdə bir əsgər
Anamızın laylaları
Nənnilərdə pozuldu
Arzuladıq ilk baharı
İstəyimiz yad oldu
İstəyimiz yad oldu
Sən ey uşaqlıq
Sən bizdən uzaq düşdün artıq
De səni yellər apardı, ya soyuq əllər apardı?
Sən ey uşaqlıq
Sən bizdən uzaq düşdün artıq
De səni yellər apardı, ya soyuq əllər apardı?
Anamızın laylaları
Nənnilərdə pozuldu
Arzuladıq ilk baharı
İstəyimiz yad oldu
İstəyimiz yad oldu
Görmədik biz gül dəstəsi
Görmədik biz oyuncaq
Ata səsi, ana səsi,
Eşitmədik doyunca
Eşitmədik doyunca
Öz qoynuna aldı bizi
Bu buruqlar şəhəri
Yarı böldük tikəmizi
Gözlədik al səhəri
Gözlədik al səhəri

Friday, November 15, 2019

Araz Elsəs – Atlar (sözləri/lyrics)

Araz Elsəs – Atlar (sözləri/lyrics)
Araz Elsəs – Atlar
Atlanıp Atlara atlıya-atlıya,
Atları dördnala, çapdıra-çapdıra,
Batıdan, doğuya, doğudan batıya,
Takkırı-tukkuru, çaptırı-çupturu,
Çapaçapa geldik biz!
Ergenekon’dan doğduk, Börteçine ularken
Yıldırımlar susardı Kılıçlarımız oynarken
Çin Kağanı şaşırdı, Çine duvar yaptırdı
Kurt Başlı Tuğ ellerde, Sağ Soldan akınırken
Gökte Tanrı yerde biz delikanlı Türkleriz!
Yerle gök arasında diz kırıp yurt salan biz!
Atlanıp Atlara atlıya-atlıya,
Atları dördnala, çapdıra-çapdıra,
Batıdan, doğuya, doğudan batıya,
Takkırı-tukkuru, çaptırı-çupduru,
Çapaçapa geldik biz!
Altaylar’dan Baykal’dan, doğulan güneşiz biz!
Orhun’dan Yenisey’den, haykıran varlığız biz!
Tanrının dağlarından, seslenen Türküleriz!
Şu düzensiz dünyayı düzenleyen Türkleriz!
Gökte Tanrı yerde biz delikanlı Türkleriz!
Yerle gök arasında diz kırıp yurt salan biz!
YouTube Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin:
Yandex – http://bit.ly/2GySo1H və ya Qiwi – http://bit.ly/2JJ81cW
Facebookda bizi izləmək üçün bu linkə keçin: http://bit.ly/2YtG7oD

Friday, November 8, 2019

Ramiz Qusarçaylı – Azərbaycan bayrağı

Ramiz Qusarçaylı – Azərbaycan bayrağı

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı!
Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı!
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı!
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı!
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!