Thursday, October 31, 2019

Şəmistan Əlizamanlı və Nəsibə Bədəlbəyli – Cənab Leytenant (sözləri\lyrics)

Şəmistan Əlizamanlı və Nəsibə Bədəlbəyli – Cənab Leytenant (sözləri\lyrics)


Sözləri: Şahin Musaoğlu
Musiqisi: Şahin Musaoğlu
Barıt qoxulu o yollar, o yollar,
Səni bəs nə vaxt qaytarar, qaytarar.
Səndən təsəlli, bir zabit mündiri,
Bir cüt ulduzlu, aylı paqonlar.
Səndən təsəlli, bir zabit mündiri,
Bir cüt ulduzlu, aylı paqonlar.
Hay ver mənə cənab leytenant,
Hay ver mənə leytenant.
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə leytenant,
O gün gələcək qəm yemə, qəm yemə.
Nə vaxt dönəcən sən mənə, sən mənə.
Hələ yad əldədi yurdumuz-yuvamız ,
Bitib tükənməyib o, qan davamız.
Hələ yad əldədi yurdumuz-yuvamız,
Bitib tükənməyib o, qan davamız.
Hay ver mənə cənab leytenant,
Hay ver mənə leytenant.
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə leytenant,
Savaş, son savash, bitməyib, bitməyib.
Qisas, son qisas, yetməyib, yetməyib,
Səngər yanındakı çaxdığın ocağın,
Odun hənirtisi hələ keçməyib.
Səngər yanındakı çaxdığın ocağın,
Odun hənirtisi hələ keçməyib.
Hay ver mənə cənab leytenant,
Hay ver mənə leytenant.
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə leytenant,
Hay ver mənə cənab leytenant,
Hay ver mənə leytenant.
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə leytenant,
YouTube Kanala dəstək olmaq üçün: https://goo.gl/9qEou5

Wednesday, October 16, 2019

Emin Sabitoğlu – Ölsəm Bağışla (filminin fon musiqisi)

Emin Sabitoğlu – Ölsəm Bağışla (filminin fon musiqisi)
Ölsəm… bağışla (film, 1989)
Məzmun
Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır.
Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır.
Filmin sonunda qəhrəman ölür. Onun qəlbi hər cür natəmiz fikirlərdən uzaq olduğu üçün qara qüvvələrlə sona qədər mübarizə apara bilmir.
Film üzərində işləyənlər
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Rasim Ocaqov
Bəstəkar : Emin Sabitoğlu
Operator : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi)
Filmin direktoru : Davud Zöhrabov
Rollarda
Fəxrəddin Manafov- Yusif
Gülzar Qurbanova- Gülya
İfa edir: Fuad İbrahimli (cover)
YouTube Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin:
Yandex – http://bit.ly/2GySo1H və ya Qiwi – http://bit.ly/2JJ81cW
Facebookda bizi izləmək üçün bu linkə keçin: http://bit.ly/2YtG7oD