Məmmədbağır Bağırzadə – Süfrələrə şam düzün (sözləri\lyrics)
Məmmədbağır Bağırzadə – Süfrələrə şam düzün
Söz: Sabir Rüstəmxanlı
Musiqi: Məmmədbağır Bağırzadə
Mahnı sözləri:
Süfrələrə şam düzün, qoy arzular çin olsun!
Şölə saçan alovun biri də mənim olsun!
Səməni nazlı gəlin, incə belində kəmər,
Baharın elçisidir, bəzəkli nəlbəkilər!
Yurdumuza yaz gəlir!
Tez barışsın küsənlər!
Tale sizə yar olsun
Şəkərbura, paxlava
Bəzək verir xonçaya!
Baharın nemətidir, elə obaya…
Evlərimiz bəzənsin, toy-bayrama qarışsın!
Hər həyətdə bir tonqal, ay, ulduzla yarışsın!
Səməni nazlı gəlin, incə belində kəmər,
Baharın elçisidir, bəzəkli nəlbəkilər!
Yurdumuza yaz gəlir!
Tez barışsın küsənlər!
Tale sizə yar olsun
Sevilənlər, sevənlər…
Qızlar əlində xına,
Xonça düzür yan-yana,
Bahar necə yaraşır, Azərbaycana…
Şəkərbura, paxlava
Bəzək verir xonçaya!
Bahar necə yaraşır, Azərbaycana…
No comments:
Post a Comment