Tuesday, June 25, 2019

Şəmistan Əlizamanlı – And İçirik (sözləri\lyrics)/Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

Şəmistan Əlizamanlı – And İçirik (sözləri\lyrics)/Azərbaycan Respublikası Silahlı Qüvvələri günü
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram.
İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
İstifadə olunan videolar
Azərbaycan Respublikası Müdafiə Nazirliyi – https://youtu.be/TbjVJOqLL-A
Azərbaycan Respublikası Müdafiə Nazirliyi – https://youtu.be/HdeLKWJpQ2Q
Azərbaycan Respublikası Müdafiə Nazirliyi – https://youtu.be/reasfATk3_I
Vusal Mammedzade – https://youtu.be/XxWfhTv9hgg
DÖVLƏT SƏRHƏD XİDMƏTİ – https://youtu.be/mpuBrqByBSU
Hz Əli Aşiqleri – https://youtu.be/baMkjNrH0xE
Şəmistan Əlizamanlı – And İçirik (sözləri\lyrics)
Musiqi: Şahin Musaoğlu
Sözləri: Şahin Musaoğlu
Köksümüzü sipər edib keçdik irəli,
Öpdük şəhid qanı axan mübarək yeri,
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!
And içirik, and içirik, and içirik biz
Babalardan miras qalmış ulu torpağa!
Parlayacaq üzü nurlu xoş bir sabaha.
And içirik, and içirik, and içirik biz
Diz çökərək o üç rəngli uca bayrağa!
Yolumuzda ümidimiz yalnız Allaha!
Al qoynuna bizi, Vətən, ey şanlı diyar!
Uğurunda can verməyə neçə oğulun var!
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!
And içirik, and içirik, and içirik biz
Babalardan miras qalmış ulu torpağa!
Parlayacaq üzü nurlu xoş bir sabaha.
And içirik, and içirik, and içirik biz
Diz çökərək bu üç rəngli uca bayrağa!
Yolumuzda ümidimiz yalnız Allaha!
Güc alaraq al günəşdən tunc bədənimiz,
Bükülməzdir qollarımız, haqqdır səsimiz!
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!
And içirik, and içirik, and içirik biz
Babalardan miras qalmış ulu torpağa!
Parlayacaq üzü nurlu xoş bir sabaha.
And içirik, and içirik, and içirik biz
Diz çökərək bu üç rəngli uca bayrağa!
Yolumuzda ümidimiz yalnız Allaha!
And içirik, and içirik, and içirik biz
Diz çökərək bu üç rəngli uca bayrağa!
Yolumuzda ümidimiz yalnız Allaha!
Yolumuzda ümidimiz yalnız Allaha!
Yolumuzda ümidimiz yalnız Allaha!
YouTube Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin:
Yandex – http://bit.ly/2GySo1H və ya Qiwi – http://bit.ly/2JJ81cW
Facebookda bizi izləmək üçün bu linkə keçin: http://bit.ly/2YtG7oD

Monday, June 24, 2019

Emin Sabitoğlu - Bizim Cəbiş müəllim B/F (Vals)

Emin Sabitoğlu - Bizim Cəbiş müəllim B/F (Vals)
Emin Sabitoğlu
Bəstəkar: Emin Sabitoğlu
İfaçı: Ənvər Sadıqov


YouTube Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin:
Yandex - http://bit.ly/2GySo1H və ya Qiwi - http://bit.ly/2JJ81cW

Facebookda bizi izləmək üçün bu linkə keçin: http://bit.ly/2YtG7oD

Friday, June 14, 2019

Şəmistan Əlizamanli – İgid Əsgər, Möhkəm Dayan (sözləri\lyrics)


Şəmistan Əlizamanli – İgid Əsgər, Möhkəm Dayan (sözləri\lyrics)

Sözləri: Şahin Musaoğlu
Musiqisi: Şahin Musaoğlu
Çox sınadı bizi zaman,
Neçə şəhid getdi qurban,
Sinəsiylə sipər olan,
İgid əsgər, möhkəm dayan…
Ya azad ol, ya candan keç, ya candan keç…
İki yoldan birini seç, birini seç…
Azadlığın şərbətini iç, şərbətini iç…
İgid əsgər, möhkəm dayan…
Salam vətən, salam ana,
Çətin gündə bizi sına,
Qanla cavab verək qana,
İgid əsgər, möhkəm dayan…
Şəhid qanı axan torpaq,
Yad ayaqda olmaz tapdaq…
Düşmənlərin qan qusacaq,
İgid əsgər, möhkəm dayan…

YouTube Kanala dəstək olmaq üçün: https://goo.gl/9qEou5

Tuesday, June 11, 2019

Mətanət İsgəndərli – Novruz Bayraminiz Mübarək Olsun (sözləri\lyrics)

Mətanət İsgəndərli – Novruz Bayraminiz Mübarək Olsun (sözləri\lyrics)

Sözləri: Razim Paşayev
Musiqisi: Razim Paşayev
Bu gözəl yurduma, ilk bahar gəlir…
Ən şirin, ən gözəl arzular gəlir…
Bu gözəl yurduma, ilk bahar gəlir…
Ən şirin, ən gözəl arzular gəlir…
Təbiət əlində xonçalar gəlir,
Novruz bayramınız mübarək olsun…
Təbiət əlində xonçalar gəlir,
Novruz bayramınız mübarək olsun…
Mübarək olsun, mübarək olsun…
Novruz bayramınız mübarək olsun…
Mübarək olsun, mübarək olsun…
Əziz bayramınız mübarək olsun…
Səməni düzülüb indi yan-yana,
Xoş ətir yayılır, bu şirin cana…
Səməni düzülüb indi yan-yana,
Xoş ətir yayılır, bu şirin cana…
Bahar xoş gəlibdir Azərbaycana,
Novruz bayramınız mübarək olsun…
Novruz xoş gəlibdir Azərbaycana,
Novruz bayramınız mübarək olsun…
Mübarək olsun, mübarək olsun…
Novruz bayramınız mübarək olsun…
Mübarək olsun, mübarək olsun…
Əziz bayramınız mübarək olsun…
Bayramlar gözəli, Novruz bayramı…
Elimin, obamın əziz bayramı…
Bayramlar gözəli, Novruz bayramı…
Elimin, obamın əziz bayramı…
Qoy desin ürəkdən, qoy desin hamı,
Novruz bayramınız mübarək olsun…
Qoy desin ürəkdən, qoy desin hamı,
Novruz bayramınız mübarək olsun…
Mübarək olsun, mübarək olsun…
Novruz bayramınız mübarək olsun…
Mübarək olsun, mübarək olsun…
Əziz bayramınız mübarək olsun…
Səməni düzülüb indi yan-yana,
Xoş ətir yayılır, bu şirin cana…
Səməni düzülüb indi yan-yana,
Xoş ətir yayılır, bu şirin cana…
Novruz xoş gəlibdir Azərbaycana,
Novruz bayramınız mübarək olsun…
Novruz xoş gəlibdir Azərbaycana,
Novruz bayramınız mübarək olsun…
Mübarək olsun, mübarək olsun…
Əziz bayramınız mübarək olsun…
Mübarək olsun, mübarək olsun…
Novruz bayramınız mübarək olsun…
Mübarək olsun, mübarək olsun…
Novruz bayramınız mübarək olsun…
Mübarək olsun, mübarək olsun…
Əziz bayramınız mübarək olsun…

Tuesday, June 4, 2019

Elmira Rəhimova – Bayram axşamlarında

Elmira Rəhimova – Bayram axşamlarında (sözləri\lyrics)

Elmira Rəhimova – Bayram axşamlarında (sözləri\lyrics)
Sözləri: Fikrət Qoca
Musiqisi: Ramiz Mirişli
Yollar əlvan boyanar,
Evlərdə arzu yanar.
Gözlərə sevinc qonar,
Bayram axşamlarında.
Gözlərə sevinc qonar,
Bayram axşamlarında.
Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar,
Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar,
Göydən məhəbbət yağar,
Bayram axşamlarında.
Göydən məhəbbət yağar,
Bayram axşamlarında.
Görməzsən yalqızları,
Al geyər el qızları.
Lalə kimi qızarar
Bayram axşamlarında.
Lalə kimi qızarar
Bayram axşamlarında.
Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar,
Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar,
Göydən məhəbbət yağar,
Bayram axşamlarında.
Göydən məhəbbət yağar,
Bayram axşamlarında.
Hər tərəf işıq olur,
Başqa yaraşıq olur,
Göy yerə aşiq olur,
Bayram axşamlarında.
Göy yerə aşiq olur,
Bayram axşamlarında.
Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar,
Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar,
Göydən məhəbbət yağar,
Bayram axşamlarında.
Göydən məhəbbət yağar,
Bayram axşamlarında.
Göydən məhəbbət yağar,
Bayram axşamlarında.
Göydən məhəbbət yağar,
Bayram axşamlarında.

YouTube Kanala dəstək olmaq üçün: https://goo.gl/9qEou5

Monday, June 3, 2019

Aygün Kazimova – Novruz gəlir (sözləri\lyrics)


Aygün Kazimova – Novruz gəlir (sözləri\lyrics)

Söz: Ramiz Rövşən
Musiqi: Cavanşir Quliyev
Novruz gəlir yaz gəlir
Bir əlində saz gəlir
Bir əlində xoncası
Açıb gülün qönçəsi
Bülbulə avaz gəlir
Novruz gəlir, yaz gəlir…
Bülbulə avaz gəlir
Novruz gəlir, yaz gəlir…

Kosa səndə gəlsənə,
Gəlib salam versənə.
O torbanı ver görək,
Yumurtalar rəng bə rəng.
Hər biri can dərmanı,
Ver dolduraq torbanı…
Hər biri can dərmanı,
Ver dolduraq torbanı…

Novruza bax, yaza bax
O əriyən buza bax
Sellər axır şırhaşır
Çöllər olur yamyaşıl
Ot bitir yemlik bitir
Keçəl başda tük bitir…
Ot bitir yemlik bitir
Keçəl başda tük bitər…

Keçəl başın yağlasın
Dəsmal verin bağlasın
Məclis qurub oynasın,
Çırtdıq vuraq oynasın
Əl çalaq alqışlayaq,
Bu məclisi başlayaq.
Əl çalaq alqışlayaq,
Bu məclisi başlayaq…

Novruz gəlir yaz gəlir
Bir əlində saz gəlir
Bir əlində xoncası
Açıb gülün qönçəsi
Bülbulə avaz gəlir
Novruz gəlir, yaz gəlir…
Bülbulə avaz gəlir
Novruz gəlir, yaz gəlir…