Tuesday, June 25, 2019

Şəmistan Əlizamanlı – And İçirik (sözləri\lyrics)/Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

Şəmistan Əlizamanlı – And İçirik (sözləri\lyrics)/Azərbaycan Respublikası Silahlı Qüvvələri günü
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram.
İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
İstifadə olunan videolar
Azərbaycan Respublikası Müdafiə Nazirliyi – https://youtu.be/TbjVJOqLL-A
Azərbaycan Respublikası Müdafiə Nazirliyi – https://youtu.be/HdeLKWJpQ2Q
Azərbaycan Respublikası Müdafiə Nazirliyi – https://youtu.be/reasfATk3_I
Vusal Mammedzade – https://youtu.be/XxWfhTv9hgg
DÖVLƏT SƏRHƏD XİDMƏTİ – https://youtu.be/mpuBrqByBSU
Hz Əli Aşiqleri – https://youtu.be/baMkjNrH0xE
Şəmistan Əlizamanlı – And İçirik (sözləri\lyrics)
Musiqi: Şahin Musaoğlu
Sözləri: Şahin Musaoğlu
Köksümüzü sipər edib keçdik irəli,
Öpdük şəhid qanı axan mübarək yeri,
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!
And içirik, and içirik, and içirik biz
Babalardan miras qalmış ulu torpağa!
Parlayacaq üzü nurlu xoş bir sabaha.
And içirik, and içirik, and içirik biz
Diz çökərək o üç rəngli uca bayrağa!
Yolumuzda ümidimiz yalnız Allaha!
Al qoynuna bizi, Vətən, ey şanlı diyar!
Uğurunda can verməyə neçə oğulun var!
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!
And içirik, and içirik, and içirik biz
Babalardan miras qalmış ulu torpağa!
Parlayacaq üzü nurlu xoş bir sabaha.
And içirik, and içirik, and içirik biz
Diz çökərək bu üç rəngli uca bayrağa!
Yolumuzda ümidimiz yalnız Allaha!
Güc alaraq al günəşdən tunc bədənimiz,
Bükülməzdir qollarımız, haqqdır səsimiz!
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!
And içirik, and içirik, and içirik biz
Babalardan miras qalmış ulu torpağa!
Parlayacaq üzü nurlu xoş bir sabaha.
And içirik, and içirik, and içirik biz
Diz çökərək bu üç rəngli uca bayrağa!
Yolumuzda ümidimiz yalnız Allaha!
And içirik, and içirik, and içirik biz
Diz çökərək bu üç rəngli uca bayrağa!
Yolumuzda ümidimiz yalnız Allaha!
Yolumuzda ümidimiz yalnız Allaha!
Yolumuzda ümidimiz yalnız Allaha!
YouTube Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin:
Yandex – http://bit.ly/2GySo1H və ya Qiwi – http://bit.ly/2JJ81cW
Facebookda bizi izləmək üçün bu linkə keçin: http://bit.ly/2YtG7oD

No comments:

Post a Comment