Thursday, September 19, 2019

Payız gəldi – Bəstəkar: Emin Sabitoğlu, İfaçı: Hüseyn Bakılı (Sözləri\Lyrics)

Payız gəldi – Bəstəkar: Emin Sabitoğlu, İfaçı: Hüseyn Bakılı (Sözləri\Lyrics)

Bəstəkar: Emin Sabitoğlu
Sözləri: Fikrət Qoca
İfa edir: Hüseyn Bakılı
Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə,
Sənsiz dalğalar da tanımır məni,
Neyləyim ürəyim heç yatmır evə.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Küçələr, döngələr izindən qalır,
Yarpaq pıçıltısı sənin səsindi,
İşıqlar zil qara gözündən qalır,
Bu şirin xatirə mənim bəsimdi.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar. .
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Özümü aldadır hər axşam-səhər,
Elə bu havanı oxuyuram mən,
Vallah səndən ötrü çox darıxmışam,
Başqa nə gəlir ki axı əlimdən?
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Dostlarım bilirlər nələr çəkirəm,
Hər axşam könlümü alırlar mənim,
Hər dəfə qapımı döyən zaman qəm,
Dostlarım həmdəmim olurlar mənim.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz…
YouTube Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin:
Yandex – http://bit.ly/2GySo1H və ya Qiwi – http://bit.ly/2JJ81cW
Facebookda bizi izləmək üçün bu linkə keçin: http://bit.ly/2YtG7oD

No comments:

Post a Comment