Wednesday, July 3, 2019

Emin Sabitoğlu – Ad günü (filminin fon musiqisi)🎧🎼

Emin Sabitoğlu – Ad günü (filminin fon musiqisi)

Ad günü (film, 1977)
Ad günü — rejissor Rasim Ocaqov tərəfindən 1977-ci ildə ekranlaşdırılmış Azərbaycan filmi. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi “Dost haqqında söhbət” də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir. Filmə 1978-ci ildə Azərbaycan dövlət mükafatı, 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında I mükafat və 1980-ci ildə Berlində ADR televiziyasının diplomu verilmişdir. Filmdə əsas rolları Hacı İsmayılov, Şəfiqə Məmmədova, David Uplisaşvili, Şükufə Yusupova, E. Qasımov, Sədayə Mustafayeva, Hüseynağa Sadıqov, Fuad Poladov, Ağahüseyn Kərimov və Rafiq Əzimov ifa edirlər.
Filmin üzərində işləyənlər
Rejissor: Rasim Ocaqov
Ssenarist: Rüstəm İbrahimbəyov
Operator: Zaur Məhərrəmov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Emin Sabitoğlu
YouTube Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin: Yandex – http://bit.ly/2GySo1H və ya Qiwi – http://bit.ly/2JJ81cW
Facebookda bizi izləmək üçün bu linkə keçin: http://bit.ly/2YtG7oD

No comments:

Post a Comment